Rusiyada azərbaycanlı general 9 il müddətinə azadlıqdan məhrum edilib

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Rostov-na-Donu Qarnizon Hərbi Məhkəməsində Rosqvardiyanın təchizat idarəsinin rəis müavini, Azərbaycan əsilli general Mirzə Mirzəyevin cinayət işi üzrə proses başa çatıb.

Məhkəmə külli miqdarda rüşvət almaqda ittiham olunan azərbaycanlı generalı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, 53 yaşlı Mirzəyev 2024-cü ilin noyabrında həbs edilib. İttihama görə, o, tez tikilə bilən binalar üçün modulların təchizatçısından 140 milyon rubl tələb edib. Mirzəyev pulun verilməyəcəyi halda 480 milyon rubl dəyərində müqaviləni ləğv etməklə hədələyib. Şirkət Mirzəyevə vəsait köçürüb, o da saxlanılıb.(Apa)

Loading

Next Post

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı […]