Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

Oxunma vaxtı:24 Saniyə

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı mənzilin mətbəxində mətbəx mebeli və məişət əşayaları yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Loading

Next Post

Azərbaycan və Ermənistanın delimitasiya üzrə Dövlət komissiyaları yaxın zamanda yeni görüş keçirəcək

Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının növbəti görüşü yaxın zamanda keçiriləcək. Bunu Ermənistan-Azərbaycan “Sülh körpüsü” təşəbbüsünün iştirakçısı Narek Minasyan bildirib. Onun sözlərinə görə, bundan əvvəlki görüş Azərbaycan ərazisndə baş tutduğu üçün növbəti görüş Ermənistanda keçiriləcək. “Yaxın vaxtlarda iki ölkənin sərhədin demarkasiyası üzrə komissiyalarının görüşü planlaşdırılır. […]