Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) may ayında 38 aptekdə planlı yoxlama keçirib. Bu barədə Mərkəz məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin may ayı ərzində, Bakı şəhəri üzrə 12, digər şəhər və rayonlarda isə 26 aptek olmaqla, ümumilikdə 38 aptek planlı təftiş olunub. Yoxlamalar zamanı dörd aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan […]
QMİ sədri Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Sədr qeyd edib ki, əziz bayramı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, qəhrəman əsgərlərin sayəsində Xankəndidə, Əsgəranda, Xocalıda üçrəngli bayrağı ucaltması, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səslənməsi ilə qarşılamaq qürurvericidir. A. […]
Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq – SƏRƏNCAM
Quba rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) – Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolu əsaslı təmir olunacaq. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Azərbaycanda uşaqların TikTok-a girişi QADAĞAN edilə bilər
Azərbaycanda uşaqların TikTok sosial şəbəkəsinə girişi qadağan edilə bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Bakıda keçirilən dəyirmi masada bildirib, bəzi ölkələrdə bu platformaya giriş artıq qadağan olunub və Azərbaycan da bu istiqamətdə addım atmalıdır. Elgün Səfərovun sözlərinə görə, ölkədə uşaqların 75 faizi hər […]
Milli Olimpiya Komitəsində kütləvi qanvermə aksiyası təşkil olunacaq
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası təşkil olunacaq. Bu barədə Milli Olimpiya Komitəsi MOK-un mətbuat xidməti məlumat yayıb. Qanvermə aksiyası iyunun 12-də saat 10:00-dan, 16:00-dək qurumun inzibati binasında keçiriləcək. “Həmrəy olaq, qanımızla […]
Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib
Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib. İlyas Adıgözəlli 87 yaşında dünyasını dəyişib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onun vəfatı ilə bağlı başsağlığı verib. “Əməkdar jurnalist İlyas Adıgözəllinin vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk”, – qeyd edilib.
Ağalı kəndi – VİDEO
“İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir”. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin məlumatında bildirilib. Qeyd edilib ki, “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur […]
İlin əvvəlindən İrəvan-Bakı-İrəvan marşrutu üzrə iki dövlət reysi həyata keçirilib
Bu ilin yanvar ayından iyun ayınadək İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi həyata keçirilib. Bu barədə “Sputnik-Armeniya”ya Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib. “Bu il İrəvan-Bakı marşrutu üzrə bir reys və əks istiqamətdə bir reys həyata keçirilib. Hər iki halda, bortda yüksək vəzifəli xarici şəxslər olub”, […]
UEFA Millətlər Liqası: Yarımfinal mərhələsinə start verilir
Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək. Almaniyada təşkil olunan raundun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Almaniya yığması Portuqaliya ilə üz-üzə gələcək. Görüş Münhendəki “Allianz Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qeyd edək ki, digər yarımfinal matçı sabah İspaniya və Fransa komandaları arasında baş […]
BİZİM TƏQVİM: 4 iyunda baş vermiş tarixi hadisələr
4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qiyam qaldırıb. Qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşmada hər iki tərəfdən 30-dan çox insan həlak olub. Bu hadisə Azərbaycanda hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Bəs iyunun 4-də dünyada daha […]