Kiyevə PUA hücumu olub, iki nəfər yaralanıb

Kiyevə gecə hücumları nəticəsində iki nəfər xəsarət alıb. Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində iki yaşayış binasının pəncərələri zədələnib, nəticədə iki qadın yaralanıb: onlardan biri xəstəxanaya yerləşdirilib, digərinə isə yerində yardım göstərilib. Bundan başqa, PUA qalıqları mülki obyektlərin, […]

Küləkli hava şəraiti ilə bağlı 4 nəfər xəsarət alıb, 1 nəfər ölüb

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb. Bu barədə  Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib. Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb […]

Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib

Bakıda “Qoşulmama Hərəkatının Gənclər Həftəsi” başlayıb. İki gün davam edəcək tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq, qlobal proseslərdə gənclərin rolu, eləcə də aktual iqlim gündəminə həsr olunmuş bir sıra panel müzakirələri planlaşdırılıb. Tədbiri giriş sözü ilə COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova açıb. “Gənclər Həftəsi”ndə gənclərin nümayəndələri ilə yanaşı, dövlət strukturlarının […]

Xocəsəndə qanunsuz tikili sökülüb

Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində qanunsuz tikili sökülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, qəsəbə ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunub, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon […]

Azərbaycan Kuboku: “Qarabağ” bu gün “Şamaxı” ilə, “Kəpəz” “Turan Tovuz”la üz-üzə gələcək

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin digər oyunları bu gün keçiriləcək. İlk olaraq “Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gələcək. Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Cütün qalibi yarımfinalda “Sabah” – “Qəbələ” duelinin (ilk oyun – 0:0) güclüsü ilə görüşəcək. Saat 19:00-da isə “Turan Tovuz” “Kəpəz”lə qarşılaşacaq. Oyun […]

Prezident: Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir. “Report”un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimində çıxışı zamanı deyib. Prezident qeyd edib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” BƏƏ-nin banisinin – mərhum Şeyx […]

Hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir – YENİLƏNİB

Hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, […]

Rusiya ordusu Donetsk bölgəsini kasetli sursatlarla atəşə tutub, 7 nəfər ölüb

Rusiya ordusu Donetsk bölgəsindəki Drujkivski şəhərini kasetli sursatlarla atəşə tutub, nəticədə 7 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə Donetsk vilayətinin rəhbəri Vadim Filaşkin “Telegram” kanalında bildirib. “Zərbə birbaşa səhər saatlarında insanların kütləvi toplaşdığı bazara endirilib. Hazırda 7 nəfərin həlak olduğu, 8 nəfərin isə yaralandığı məlumdur”, – vilayət rəhbəri qeyd […]

Uşakov: Putin Si Cinpinin 2026-cı ildə Çinə səfər dəvətini qəbul edib

Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini 2026-cı ilin birinci yarısında Çinə rəsmi səfərə dəvət edib. Bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Putin bu dəvəti qəbul edib, həmçinin noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etməyə hazırdır. Y.Uşakov […]

Mühakimə olunan müharibə caniləri – qisas qiyamətə, cinayət cəzasız qalmaz – ŞƏRH

Bu il Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci illiyidir. SSRİ-dən ona ərazilərinin işğalı, itkisi, Ermənistandan, Orta Asiyadan, Qarabağ və ətraf rayonlardan çoxsaylı qaçqınlar, dağılmış iqtisadiyyat, pozulmuş hüquqlar, qətliamlar, soyqırımlar və başqa bu kimi problemlər miras olaraq qalmışdı. Həmin dövr Azərbaycan tarixində təzadlı idi. Bir tərəfdə azadlığın, sovet müstəmləkəsindən qurtulmağın sevinci, o biri […]