Azərbaycan Kuboku: “Qarabağ” bu gün “Şamaxı” ilə, “Kəpəz” “Turan Tovuz”la üz-üzə gələcək

Oxunma vaxtı:49 Saniyə


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin digər oyunları bu gün keçiriləcək.

İlk olaraq “Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gələcək.

Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Cütün qalibi yarımfinalda “Sabah” – “Qəbələ” duelinin (ilk oyun – 0:0) güclüsü ilə görüşəcək.

Saat 19:00-da isə “Turan Tovuz” “Kəpəz”lə qarşılaşacaq. Oyun “Azərsun Arena”da təşkil olunacaq. Bu cütdə sevinən tərəf növbəti raundda “Sumqayıt” – “Zirə” qarşılaşmasının (ilk oyun – 0:0) qalibi ilə münasibətlərə aydınlıq gətirəcək

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

5 fevral

14:30. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.

VAR: Rauf Cabarov.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Şamaxı şəhər stadionu

19:00. “Turan Tovuz” – “Kəpəz”

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

“Azərsun Arena”

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.

Loading

Next Post

Xocəsəndə qanunsuz tikili sökülüb

Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində qanunsuz tikili sökülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, qəsəbə ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunub, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon […]