Prezident: Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir

Oxunma vaxtı:43 Saniyə

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir.

“Report”un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” BƏƏ-nin banisinin – mərhum Şeyx Zayedin adını daşıyır:

“İlk növbədə, bu mükafata görə mən münsiflər heyətinə təşəkkürümü bildirirəm. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu mükafat BƏƏ-nin banisinin – mərhum Şeyx Zayedin adını daşıyır. O, böyük bir lider idi. Onun fəaliyyəti BƏƏ-ni ən əmin-aman və uğurlu dövlətlərdən birinə çevirdi. Mənim əziz qardaşım Şeyx Məhəmməd atasının yolunun davamçısıdır və irəliləyiş, tərəqqi, müasirləşmə davam edir. Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir, cəmiyyət necə inkişaf etməlidir, ahəngdarlığa getməlidir və öz tarixi köklərinə bağlı olaraq eyni zamanda gələcəyə baxmalıdır”.

Loading

Next Post

Azərbaycan Kuboku: "Qarabağ" bu gün "Şamaxı" ilə, "Kəpəz" "Turan Tovuz"la üz-üzə gələcək

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin digər oyunları bu gün keçiriləcək. İlk olaraq “Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gələcək. Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Cütün qalibi yarımfinalda “Sabah” – “Qəbələ” duelinin (ilk oyun – 0:0) güclüsü ilə görüşəcək. Saat 19:00-da isə “Turan Tovuz” “Kəpəz”lə qarşılaşacaq. Oyun […]