Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər (VİDEO)

Oxunma vaxtı:30 Saniyə

Bakı Media Mərkəzi Şuşanın işğaldan azad olunması münasibətlə Azərbaycan Xalqını təbrik edib .

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, qurumun “Facebook” səhifəsində edilən paylaşımda deyilir:

“Biz canlarını fəda edən atalarımızı, gözü yaşlı analarımızı, düşmən təcavüzü ilə işğal olunan torpaqlarımızı heç vaxt unutmadıq. Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər!

Biz yenidən öz torpağımız üçün vuruşuruq, Vətənimiz uğrunda vuruşuruq! Döyüş meydanında ədaləti bərpa edirik ! Bu gün Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu Şuşa işğaldan azad olundu! Bakı Media Mərkəzi olaraq bu münasibətlə Azərbaycan Xalqını təbrik edirik!

Qələbə bizimlədir, Qələbə bizimdir! Eşq olsun Ali Baş Komandanımıza, Ordumuza! Yaşasın Azərbaycan!”

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 23 kəndi işğaldan azad edib

Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Doğrusöztv.Az […]