Küləkli hava şəraiti ilə bağlı 4 nəfər xəsarət alıb, 1 nəfər ölüb

Oxunma vaxtı:26 Saniyə

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.

Bu barədə  Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı (qadın) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı (qadın) və 53 yaşlı (kişi) şəxslər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hava şəraiti ilə əlaqədar 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Loading

Next Post

Kiyevə PUA hücumu olub, iki nəfər yaralanıb

Kiyevə gecə hücumları nəticəsində iki nəfər xəsarət alıb. Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində iki yaşayış binasının pəncərələri zədələnib, nəticədə iki qadın yaralanıb: onlardan biri xəstəxanaya yerləşdirilib, digərinə isə yerində yardım göstərilib. Bundan başqa, PUA qalıqları mülki obyektlərin, […]