Kallas: Aİ bu gün Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə razılığa gələ bilməyəcək

Avropa İttifaqının xarici işlər nazirləri bu gün Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 20-ci sanksiya paketi barədə razılığa gələ bilməyəcək. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib. “Əlbəttə ki, biz 20-ci sanksiya paketini müzakirə edəcəyik. Görürsünüz ki, […]

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, […]

“AzerGold”un bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib

Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla Azərbaycanda dağ-mədən sənayesinin inkişafı, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilirlər: Caniyev İbrahim Mustafa oğlu Hüseynov Fuad […]

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik təklif edilir. Bununla bağlı qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub. Qeyd edilib ki, vətəndaşlar (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər […]

Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. Bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev […]

Xaricidə təhsil alanlar üçün peşə tanınması imtahanının vaxtı bilinib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan martın 17-də keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. İmtahan DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər martın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri […]

Həndbol üzrə Azərbaycan çempinatında VIII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempinatında VIII turun oyunları keçirilib. Qadınların yarışında “Kür” “İdman Akademiyası”nı məğlub edib – 39:23. “Azəryol” “Bakı”ya heç bir şans verməyib – 33:9. “Qarabağ” isə “Təhsil”i 25:12 hesabı ilə üstələyib. Kişilərin mübarizəsində “Qarabağ” “Dinamo”ya (45:25), “Bakı” “Təhsil”ə (45:21), “Kür” isə “Azəryol”a (28:23) qalib gəlib.

Hərbi prokuror HDQ-nin hərbi qulluqçularına tapşırıqlar verib

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədə geniş məlumat verib, maddi və texniki təchizatın yüksəldilməsi üçün mütəmadi işlərin görülməsini qeyd […]

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

23-27 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç […]

Həftənin ilk günü bir sıra yollarda nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 2. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; 3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası […]