Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları və ya 2,55 % azalaraq 98,01 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 93,56 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək. Həlledici görüşdə PSJ “Arsenal”la üz-üzə gələcək. Görüş Macarıstanın paytaxtı Budapeştdəki 67 min azarkeş tutumuna malik “Puşkaş Arena”da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı almaniyalı FİFA referisi Daniel Zibert idarə edəcək. PSJ tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edəcək. 2020-ci […]
İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb. Bu barədə ordunun “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib. “HƏMAS-ın döyüş qanadının “Qəzza” briqadasının komandirinin müavini və “Zeytun” batalyonunun komandiri İmad Həsən Hüseyn Əslim zərərsizləşdirilib”, – məlumatda deyilir. İsrail tərəfinin məlumatına görə, İ.Əslim oktyabrın 7-də yaraqlıların İsrail ərazisinə basqınlarına rəhbərlik edib və Qəzzada […]
Şənbə günü yağış yağacaq – PROQNOZ
Bakıda və Abşeron yarımadasında mayın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək. […]
Azərbaycan neftinin qiyməti təqribən 100 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,73 ABŞ dolları və ya 1,7 % azalaraq 100,57 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 96,8 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb
Bu gün Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb. Bu barədə Rumıniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, gecə saatlarında Ukrayna ilə sərhəd yaxınlığındakı Qalati bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına PUA düşüb. Belə ki, PUA Rusiyanın mülki və […]
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün İtaliya seçməsi ilə üz-üzə gələcək
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununu bu gün keçirəcək.Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci matçında İtaliya seçməsi ilə üz-üzə gələcək. “Tipos Arena”da matç Bakı vaxtı ilə saat 17:45-də start götürəcək. Azərbaycan komandası ötən gün ilk turda Avstriyanı minimal hesabla üstələyib – 1:0. İtaliya […]
Prezident Şuşaya getdi – Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi […]
Türkiyə MN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. Paylaşımda Məhəmməd Əmin Rəsulzadənin “Bir dəfə yüksələn bayraq bir daha enməz!” sözlərinə yer verilib. Bildirilib ki, 28 may 1918-ci ildə yüksələn müstəqillik ruhu bu gün Türkiyə və Azərbaycanın qəlbində yaşayır. “Vətən […]
Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib.Sözügedən paylaşımı təqdim edirik: