Türkiyə MN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Oxunma vaxtı:20 Saniyə

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Paylaşımda Məhəmməd Əmin Rəsulzadənin “Bir dəfə yüksələn bayraq bir daha enməz!” sözlərinə yer verilib.

Bildirilib ki, 28 may 1918-ci ildə yüksələn müstəqillik ruhu bu gün Türkiyə və Azərbaycanın qəlbində yaşayır.

“Vətən uğrunda canlarından keçən əziz şəhidlərimizi mərhəmət və minnətdarlıqla xatırlayır və qəhrəman qazilərimizə təşəkkürümüzü bildiririk”, – paylaşımda deyilir.

Loading

Next Post

Prezident Şuşaya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi […]