Rəşad Nəbiyev Samuxda vətəndaş qəbulu keçirdi – Fotolar

Oxunma vaxtı:37 Saniyə

Martın 4-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Samux şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl rayonları və Gəncə şəhər sakinlərini qəbul edib.

Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Loading

Next Post

D-8 Azərbaycanın təşkilatın inkişafına fəal töhfə verəcəyinə ümid edir

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv dövlətlər arasında ticarət, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və gənclər siyasəti də daxil olmaqla strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edir. Bu barədə D-8-in “X” sosial şəbəkəsindəki hesabında təşkilatın baş katibi İsiak Əbdülqadir İmamla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov […]