Prezident Şuşaya getdi – Fotolar

Oxunma vaxtı:1 Dəqiqə, 4 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir.

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub.

Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.

Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.

İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.

***

Sonra dövlətimizin başçısı Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb.

Prezident Şuşaya getdi - Fotolar

Loading

Next Post

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün İtaliya seçməsi ilə üz-üzə gələcək

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununu bu gün keçirəcək.Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci matçında İtaliya seçməsi ilə üz-üzə gələcək. “Tipos Arena”da matç Bakı vaxtı ilə saat 17:45-də start götürəcək. Azərbaycan komandası ötən gün ilk turda Avstriyanı minimal hesabla üstələyib – 1:0. İtaliya […]