Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün İtaliya seçməsi ilə üz-üzə gələcək

Oxunma vaxtı:22 Saniyə

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununu bu gün keçirəcək.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci matçında İtaliya seçməsi ilə üz-üzə gələcək.

“Tipos Arena”da matç Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.

Azərbaycan komandası ötən gün ilk turda Avstriyanı minimal hesabla üstələyib – 1:0. İtaliya isə Fransa ilə heç-heçə edib – 0:0.

Xatırladaq ki, Azərbaycan millisi mayın 30-da Fransa ilə qarşılaşacaq.

Loading

Next Post

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb

Bu gün Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb. Bu barədə Rumıniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, gecə saatlarında Ukrayna ilə sərhəd yaxınlığındakı Qalati bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına PUA düşüb. Belə ki, PUA Rusiyanın mülki və […]