İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb

Oxunma vaxtı:18 Saniyə

İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb.

Bu barədə ordunun “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.

“HƏMAS-ın döyüş qanadının “Qəzza” briqadasının komandirinin müavini və “Zeytun” batalyonunun komandiri İmad Həsən Hüseyn Əslim zərərsizləşdirilib”, – məlumatda deyilir.

İsrail tərəfinin məlumatına görə, İ.Əslim oktyabrın 7-də yaraqlıların İsrail ərazisinə basqınlarına rəhbərlik edib və Qəzzada İsrail qüvvələrinə qarşı hücumlar təşkil edib.

Loading

Next Post

UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək. Həlledici görüşdə PSJ “Arsenal”la üz-üzə gələcək. Görüş Macarıstanın paytaxtı Budapeştdəki 67 min azarkeş tutumuna malik “Puşkaş Arena”da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı almaniyalı FİFA referisi Daniel Zibert idarə edəcək. PSJ tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edəcək. 2020-ci […]