Putindən ilk açıqlama – “Xəyanətdir”

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətinin hərəkətini “arxadan vurulan zərbə” adlandırıb.

Bu barədə Rusiyanın dövlət başçısı xalqa etdiyi müraciətində deyib. Prezidentin sözlərinə görə, bu addımlar xəyanətdir.

O, mövzu haqda danışarkən Birinci Dünya Müharibəsini xatırladıb.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.
Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

Loading

Next Post

Taksilərdə əlavə cihaz quraşdırılacaq? - AÇIQLAMA

“Taksilərdə hər hansı bir əlavə cihazın quraşdırılmasına ehtiyac yoxdur”. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov Milli Məclisin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, taksilərdə həm taksometrdən, həm də proqram təminatından istifadə edilə bilər, hər hansı əlavə cihazın qurulmasına ehtiyac yoxdur. “Qanun layihəsində taksometr anlayışı […]