Əli Əsədov Numan Kurtulmuşla görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.Görüş zamanı Bakının İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi etməsi mühüm hadisə kimi qiymətləndirilib.Azərbaycan ilə Türkiyə arasında […]

“Azərikard” kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib. Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azərikard”dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib. Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa […]

Kubada Venesuela variantına hazırlıq – “Azadlıq adası”nın “halına yanan gərək” – ŞƏRH

ABŞ-nin Kubaya təzyiqləri davam edir. Ötən gün Ağ Ev Kubada ÜDM-in 40 faizinə nəzarət edən dövlətin beş şirkətinə yeni sanksiya tətbiq edib.“Azadlıq adası”nın Xarici İşlər Nazirliyi yeni yasaqları “amansız təcavüz” adlandırıb. Sanksiyaya məruz qalan Kubanın beş dövlət şirkətindən üçü İnqilabi Silahlı Qüvvələri tərəfindən idarə olunan “Grupo de Administración Empresarial S.A.” […]

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Bakının Nərimanov rayonunda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb. Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı odlu […]

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

İran Hörmüz boğazından keçən gəmilərdən rüsum, sığorta haqqı və ya hər hansı digər ödəniş tələb etmir. Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. “İran ABŞ-a məlumat verib ki, əksini iddia edən saxta media xəbərlərinə baxmayaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta haqqı və ya başqa ödəniş […]

Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

ABŞ və İran arasında texniki danışıqlar müvəqqəti fasilədən sonra gələn həftə bərpa olunacaq. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Tahir Andrabi bu gün keçirilən brifinqdə deyib. “Texniki danışıqlar gələn həftənin əvvəlində bərpa olunacaq. Bu, müvəqqəti fasilədir və danışıqlar prosesi davam etdiriləcək”, – o bildirib. XİN nümayəndəsi qeyd edib […]

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərəra əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

Azərbaycanda direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə 29 iyun saat 11:00-dan etibarən başlanılacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Namizədlər iyulun 6-sı saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Proses Elm və […]

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin iyunun 30-da Birinci görüşü keçiriləcək. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Belə ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələrin (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı […]