Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Oxunma vaxtı:43 Saniyə

İran Hörmüz boğazından keçən gəmilərdən rüsum, sığorta haqqı və ya hər hansı digər ödəniş tələb etmir.

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“İran ABŞ-a məlumat verib ki, əksini iddia edən saxta media xəbərlərinə baxmayaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta haqqı və ya başqa ödəniş tələb etmir və almır. Əgər bu məlumat doğru olmasa, danışıqlar dərhal dayandırılacaq”, – ABŞ Prezidenti bildirib.

Tramp vurğulayıb ki, ABŞ tərəfindən İrana heç bir vəsait verilməyib və ya sərbəst istifadəsinə buraxılmayıb: “ABŞ İrana heç bir pul verməyib. Biz onların vəsaitlərinin bir hissəsini tam nəzarətimiz altında olmaqla, qarğıdalı, buğda, soya və digər məhsulların alınması üçün amerikalı fermer və heyvandarlardan alışlara yönəldəcəyik”.

ABŞ Prezidenti əlavə edib ki, ərzaq məhsullarına İranda ciddi ehtiyac var və bu məhsullar yalnız ABŞ-dan tədarük ediləcək: “İranda ərzağa ciddi ehtiyac var və biz bu məhsulları onlar üçün yalnız ABŞ-dan alacağıq”.

Loading

Next Post

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Bakının Nərimanov rayonunda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb. Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı odlu […]