Sahibə Qafarova Türkiyəyə səfər edib, PAİ Assambleyasında iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.İstanbul Atatürk Beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbul […]

Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, axtarışa helikopter cəlb olunub – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub. FHN-dən APA-ya verilən xəbərə görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb. Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla […]

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi imzalayıb. Belə ki, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı ödənişli avtomagistrallarda – sürət həddi saatda 130 kilometrdən çox, digər avtobuslar, yedəyində […]

Zelenski: Kiyev Berlinə müdafiə sahəsində bir sıra layihələr təklif edib

Ukrayna Almaniyaya müxtəlif tipli pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı təklif edib.Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bəyan edib. “Biz Almaniyaya dronlar üzrə sazişlər, müxtəlif tipli dronlar, raketlər, proqram təminatı və müasir müdafiə üzrə ikitərəfli saziş təklif etdik. Komandalarımız […]

Bakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyalarını ödəyib. Bu barədə nazirlik məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın […]

Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalının Daşbulaq kəndlərinə köç karvanları yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldırana 2 ailə (5 nəfər), Aşağı Oratağa 9 ailə (56 nəfər), […]

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 15-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-16° isti […]

Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır

Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır. “Armenpress”in xəbərinə görə, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib. Alen Simonyan rəhbərlik etdiyi nümayəndə heyətinin 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcəyini xatırladıb. Simonyan qeyd edib ki, konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin sədri […]

Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin edilib

Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olunub. Bu vəzifəyə Şahin Həsənov təyin edilib. Qeyd edək ki, Şahin Həsənov bundan əvvəl Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri olub. Xatırladaq ki, Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov vəzifəsindən azad olunub və Prezident İlham Əliyevin sərəncamı ilə Xüsusi […]

Məcnun Məmmədovun Zəngilandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun aprelin 17-də, saat 09:00-da Zəngilan rayonunun Ağalı kəndində keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.Qəbul aprelin 24-də olacaq. Nazir əvvəlcədən elan olunduğu kimi, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbulda iştirak etmək istəyənlər Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər. Qəbula yazılmaq […]