Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

Oxunma vaxtı:21 Saniyə

Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalının Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldırana 2 ailə (5 nəfər), Aşağı Oratağa 9 ailə (56 nəfər), Heyvalıya 3 ailə (13 nəfər), Çapara 2 ailə (6 nəfər), Xocalının Daşbulaq kəndinə isə 1 ailədən ibarət 4 nəfər köçürülüb.

Loading

Next Post

Bakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyalarını ödəyib. Bu barədə nazirlik məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın […]