II Qareginin qardaşının həbs müddəti uzadıldı

Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı Gevork Nersisyanın məhkəməyəqədər həbs müddəti 2 ay, qardaşı oğlu Hambardzum Nersisyanınkı isə 3 ay uzadılıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Xatırladaq ki, onlar Respublika Partiyasından Vaqarşapat merliyinə namizəd Harutyun Mkrtçyanın şikayəti əsasında saxlanılıblar. Mkrtçyan iddia edib ki, Gevork və Hambardzum Nersisyan onun seçki […]

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə Ermənistanın iqtisadiyyat naziri görüşüb

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla görüşüb. Bu barədə İbrahim Yumaklı “X” hesabında paylaşım edib. “Ermənistanın iqtisadiyyat naziri cənab Gevorq Papoyan ilə keçirdiyimiz görüşdə qida və su israfının iqtisadi məsrəfləri, tədarük zəncirindəki itkilər və istehsalın səmərəliliyi üzərində müzakirə apardıq. Resursların qorunması və iqtisadi […]

Ötən gecə iki PUA Moldovanın hava sərhədini pozub

Ötən gecə iki naməlum pilotsuz uçuş aparatı (PUA) Moldovanın hava sərhədlərini pozub.Bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, PUA-lar uçuş təhlükəsizliyinə birbaşa təhdid yaratması səbəbindən fövqəladə tədbir olaraq ölkənin hava məkanı təxminən bir saatdan çox müddətə müvəqqəti bağlanıb. Bu səbəbdən Kişinyovda enməli olan iki sərnişin təyyarəsi […]

“Qarabağ” Çempionlar Liqasında cari mövsüm 60 milyon manata yaxın gəlir əldə edib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra əldə etdiyi gəlir müəyyənləşib. Ağdam təmsilçisinin indiyədək əldə etdiyi gəlir 30 milyon avroya (təxminən 59 milyon manat) bərabərdir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində büdcəsini yaxşılaşdıran komandalar sırasında 33-cü pillədə qərarlaşıb. Bu mənada, “köhlən atlar” “Union” (Belçika), […]

Umerov və Kislitsa Ukrayna planını müzakirə etmək üçün ABŞ-a səfər ediblər – YENİLƏNİB

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edib. Bu barədə “Bloomberg“ məlumat yayıb. Səfərin məqsədi ABŞ-ın Ukrayna planını müzakirə etməkdir. Məlumata görə, Umerov və Kislitsa Floridada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və ABŞ […]

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı müraciət yayıb. Müraciətdə deyilir: “Yollarda hərəkət intensivliyinin artması qəza ehtimalına təsirsiz ötüşmür. Bu mənada həftəsonları, xüsusilə avtomagistrallarda nəqliyyat axınının sürətlənməsi sürücülərdən daha da məsuliyyətli olmağı tələb edir. Təəssüf ki, bəzən sürücülərin yola çıxarkən zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi, hərəkət zamanı məsuliyyətsiz […]

Milli Məclisin eks-mətbuat katibi jurnalistikaya qayıtdı

Milli Məclisin sabiq mətbuat katibi, Əməkdar jurnalist Akif Təvəkküloğlu Azərbaycanın kabel şəbəkələrində yayımlanan TV1 telekanalında veriliş aparır. Akif Təvəkküloğlunun verilişi “Açıq tribuna” adlanır. Əməkdar jurnalist deyir ki, verilişə tanınmış ziyalılar, elm adamları, ictimai-siyasi xadimlər, həyata örnək olan digər adamlar dəvət olunur və onlar müxtəlif mövzularla bağlı fikirlərini tamaşaçılarla bölüşürlər. Qeyd […]

Əməkdar artist yeni vəzifəyə təyin olundu

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru vəzifəsinə təyinat olub. Bu vəzifəyə Əməkdar artist Əyyub Quliyev təyin olunub. Məlumat Ə.Quliyevin sosial şəbəkə hesabında yayılıb. Əyyub Quliyev 1984-cü ildə anadan olub. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib.2005–2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu […]

Bu gün “Qarabağ”ın oyunu var

DogruSozTv Az

Bu gün Misli Premyer Liqasında 13-cü tur davam edəcək.  İkinci oyun günündə daha iki görüş keçiriləcək.  “İmişli” “Sabah”ı qəbul edəcək. Ötən tur “Neftçi”ni məğlub edən bölgə təmsilçisi hazırda 15 xalla 8-ci pillədə qərarlaşıb. “Sabah” isə 22 xalla dördüncüdür. Paytaxt klubu bu görüşdə qələbə qazansa, turnir cədvəlində bir pillə irəliləyəcək.  Günün […]

DİM xaricdə ali təhsil almış şəxslər üçün imtahan keçirəcək

DogruSozTv Az

Peşə tanınması üzrə 2025-ci il üçün nəzərdə tutulmuş son imtahan 19 dekabr 2025-ci il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər dekabrın 15-dən etibarən DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və […]