Keçmiş deputat Paşinyanı məhkəməyə verdi

Ermənisatn aprlamentinin keçmiş deputatı Zaruhi Postanjyan onu təhqir etdiyinə və böhtan atdığına görə Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. “Hraparak”ın məlumatına görə, iddia ərizəsi artıq məhkəməyə təqdim edilib. Postanjyan bildirib ki, o, Paşinyanın təhqiredici və böhtan xarakterli ifadələrinə görə məhkəməyə müraciət edib.Sabir deputat baş nazirdən üzr istəməsini, deyilənlərin […]

UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib

Milli Gimnastika Arenasında iyunun 27-də keçiriləcək “UFC Fight Night Baku” turnirinin əsas döyüşünün iştirakçısı olan Rafael Fiziyev Bakıya gəlib. Azərbaycan döyüşçüsünü Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşləri və yaxınları qarşılayıblar. O, qurumun mətbuat xidmətinə qarşıdakı döyüşlə bağlı açıqlama verib: “Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş hissdir. Qarşıda məni vacib […]

Bazar günü Bakıda 32 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 […]

“Bizim Maqsud müəllim” tamaşası nümayiş etdirilib

Heydər Əliyev Sarayında “Bizim Maqsud müəllim” adlı tamaşanın nümayişi olub. Xalq yazıçısı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun (1935-2016) uşaqlıqdan sevilən qəhrəmanları bu dəfə yeni səhnə görünüşündə tamaşaçıların qarşısına çıxıb. Səhnə əsəri kinodramaturqun ssenarisi əsasında lentə alınan “Uşaqlığın son gecəsi” (1968) və “Bizim Cəbiş müəllim” (1969) filmlərinin yeni versiyalarının yaradılması prosesi […]

Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Aparat rəhbəri Mohamed Abdiker başda olmaqla nümayəndə heyətini qəbul edib. Bu barədə DMX rəisi “X” sosial media hesabında paylaşım edib. Bildirilib ki, görüşdə Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın […]

Rusiyada ağır yol qəzası: 6 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyanın Saratov vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb, iki nəfər isə xəsarət alıb. Bu barədə Saratov vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb. Məlumata görə, hadisə yerli vaxtla saat 07:40-da Dergaçi rayonunun Vasilyevka kəndi yaxınlığında baş verib. Belə ki, “Renault Logan” və “Hyundai […]

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,89 ABŞ dolları və ya 3,61 % artaraq 82,95 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 80,32 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

DYP həftəsonu səfərləri zamanı sürücü və piyadaları diqqətli olmağa çağırıb

Həftəsonu ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxt və bölgələr arasında, eləcə də turizm və istirahət məkanlarına aparan istiqamətlərdə nəqliyyat axınının artacağı gözlənilir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Sürücülərdən xahiş olunub ki, hərəkət sürətini yol və […]

AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi – “Sahil” metrostansiyası istiqamətində sərnişin ehtiyaclarının qarşılanması və xidmət səviyyəsinin artırılması üçün 149E nömrəli ekspres marşrutu sınaq rejimində işə salınır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)  məlumat yayıb. İyunun 22-dən etibarən 6 ədəd “Neoplan” markalı avtobus qəsəbəni […]