Azərbaycan Prezidenti İlham Əliyev sloveniyalı həmkarı Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə […]
Səbinə Əliyeva: “Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir”
Güclü audit sistemi dövlətin, təsərrüfat subyektlərinin və vətəndaşların qanuni mənafelərinin qorunmasına, ictimai resurslardan səmərəli istifadəyə, korrupsiya risklərinin azaldılmasına və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir. Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfransda bildirib. Onun sözlərinə […]
Milli Məclis “Toxumçuluq haqqında” qanun layihəsini müzakirə edir
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Toxumçuluq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Azərbaycanda dayanıqlı olmayan kənd təsərrüfatı üsullarının tətbiqi nəticəsində resurs ehtiyatlarının sıradan çıxması, habelə qlobal iqlim dəyişikliklərinin mənfi təsirləri fonunda artan əhalinin ərzaqla təmin edilməsi mühüm vəzifə kimi qarşıda durur. Ərzaq təhlükəsizliyinin təmin edilməsində bitkiçilik məhsullarının […]
Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir
Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir. Təzəpir məscidi ilə yanaşı, Bakı və regionlarda ümumilikdə 30 məntəqədə qanvermə aksiyasının təşkili nəzərdə tutulub. Bu məntəqələrin 23-ü məscid, qalanları isə xəstəxana və ziyarətgahlardır. Qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır. Aksiya zamanı toplanan qan hemofiliya […]
Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub – YENİLƏNİB
Venesuelada 7 maqnitudalı zəlzələ paytaxtda, bir neçə ştatda dağıntılara və tələfatlara səbəb olub. Daxili işlər naziri Diosdado Kabello bu barədə “Venezolana de Television” telekanalının efirində bildirib. “Təəssüflə bildirirəm ki, 7 maqnitudalı zəlzələ Araqua, Karabobo, Miranda, Truxilyo və Yarakuy, eləcə də La-Quayra ştatında və Karakasda hiss olunub, çünki zəlzələ güclü olub”, […]
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.Görüş zamanı Bakının İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi etməsi mühüm hadisə kimi qiymətləndirilib.Azərbaycan ilə Türkiyə arasında […]
“Azərikard” kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib. Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azərikard”dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib. Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa […]
Kubada Venesuela variantına hazırlıq – “Azadlıq adası”nın “halına yanan gərək” – ŞƏRH
ABŞ-nin Kubaya təzyiqləri davam edir. Ötən gün Ağ Ev Kubada ÜDM-in 40 faizinə nəzarət edən dövlətin beş şirkətinə yeni sanksiya tətbiq edib.“Azadlıq adası”nın Xarici İşlər Nazirliyi yeni yasaqları “amansız təcavüz” adlandırıb. Sanksiyaya məruz qalan Kubanın beş dövlət şirkətindən üçü İnqilabi Silahlı Qüvvələri tərəfindən idarə olunan “Grupo de Administración Empresarial S.A.” […]
Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb
Bakının Nərimanov rayonunda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı odlu […]
Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
İran Hörmüz boğazından keçən gəmilərdən rüsum, sığorta haqqı və ya hər hansı digər ödəniş tələb etmir. Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. “İran ABŞ-a məlumat verib ki, əksini iddia edən saxta media xəbərlərinə baxmayaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta haqqı və ya başqa ödəniş […]