Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Oxunma vaxtı:19 Saniyə

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir.

Təzəpir məscidi ilə yanaşı, Bakı və regionlarda ümumilikdə 30 məntəqədə qanvermə aksiyasının təşkili nəzərdə tutulub.

Bu məntəqələrin 23-ü məscid, qalanları isə xəstəxana və ziyarətgahlardır.

Qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə ediləcək.

Loading

Next Post

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Toxumçuluq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Azərbaycanda dayanıqlı olmayan kənd təsərrüfatı üsullarının tətbiqi nəticəsində resurs ehtiyatlarının sıradan çıxması, habelə qlobal iqlim dəyişikliklərinin mənfi təsirləri fonunda artan əhalinin ərzaqla təmin edilməsi mühüm vəzifə kimi qarşıda durur. Ərzaq təhlükəsizliyinin təmin edilməsində bitkiçilik məhsullarının […]