Abşeronda DƏHŞƏT: Ata 35 yaşlı qızını öldürdü

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

İyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Loading

Next Post

Bu ölkələr Rusiyanın elektrik enerjisindən imtina etdi

Estoniyanın enerji sisteminin operatoru “Elering”, Latviyanın “Augstsprieguma tīkls” (AST) və Litvanın “Litgrid” şirkətləri artıq Rusiyadan elektrik enerjisi almayacaqlar. Dogrusoztv.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ölkələr arasında saziş imzalanıb. “İyunun 1-dən etibarən ölkələrin elektrik enerjisi bazarı yalnız Polşa və Skandinaviya ilə bağlıdır. Bu qərarın səbəblərindən biri ödənişlərlə bağlı problemdir, […]