Əli Əsədov yeni qərar imzaladı: MÜDDƏT UZADILDI

Oxunma vaxtı:20 Saniyə

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

“Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il mayın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət martın 1-də başa çatmışdı.

Loading

Next Post

Azərbaycanda iki rayon ləğv edildi

Prezident İlham Əliyev “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunu təsdliqləyib.Qaynarinfo xəbər verir ki, dəyişikliyə əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri […]