Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistana dövlət səfərinə gedib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan və Özbəkistanın iki şəhəri qardaşlaşıb. Bu barədə Daşkənddə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan biznes forumunda məlumat verilib. Belə ki, biznes forum çərçivəsində energetika, təhsil, logistika, tikinti sahələri üzrə […]