Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Oxunma vaxtı:18 Saniyə

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Yuxusuz gecələrdən sonra yatmaq istəyi normaldır. Bəs bütün günü, işdə və yolda yuxulu olmaq nəyin əlamətidir? Bəlkə bədənimiz hansısa siqnalı verir? Doğrusöztv.Az gündüzlər yatmaq istəməyin 5 səbəbini təqdim edir. Çoxu səhhətinizlə bağlıdır. 1. Kaloriy və vitamin-mineral defisitiKaloriy çatışmazlğı o deməkdir ki, insan ya az yeyir, yediyindən çox kalori xərcləyir, ya […]