Ceyhun Bayramov Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb

Oxunma vaxtı:53 Saniyə

25 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, nazir Ceyhun Bayramov görüş iştirakçılarına Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Azərbaycana qarşı törədilən hərbi təxribatlar və buna cavab olaraq həyata keçirilən əks hücum əməliyyatı, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi, habelə münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət barədə məlumat verib.

Nazir üçtərəfli bəyanatlar və onların icrasına dair məsələlər barədə, işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, həmçinin bölgədə əməkdaşlıq və dayanıqlı inkişafın təmin edilməsi imkanının yaranması, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesindən danışıb.

Nazir Ceyhun Bayramov, eyni zamanda, üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlərdən bəhs edib. Bu xüsusda, Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist və Azərbaycana qarşı nifrət əks etdirən açıqlamaları və digər məsələləri vurğulanıb.

Görüşün sonunda nazir iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu dəlib. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, habelə şəxsən öz adımdan Sizə və Sizin timsalınızda bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən […]