Avropa Şurası Azərbaycanda bələdiyyə sahəsindəki irəliləyişləri alqışlayıb

Oxunma vaxtı:19 Saniyə

Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin monitorinq hesabatında Azərbaycanda qeydə alınan müəyyən irəliləyişləri alqışlayıb.

Doğrusöztv.Az bu barədə Avropa Şurasına istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat 2021-ci ilin fevralında baş tutmuş səfərin yekunlarına əsasən hazırlanıb.

Monitorinq sənədində Azərbaycan bələdiyyələrinin digər dövlətlərdəki bələdiyyələrlə əməkdaşlıq hüququnu təmin edən Xartiyanın ratifikasiyası vurğulanır.

Bundan başqa, bələdiyyə qurumlarının işinin şəffaflığı və keyfiyyətinin yüksəldilməsi alqışlanır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazirlik Ermənistanın verdiyi mina xəritələrinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması xəbərlərinə aydınlıq gətirdi

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. Doğrusöztv.Az _ın məlumatına görə, Anar Eyvazov bildirib ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. İlk növbədə qeyd […]