Nazirlik Ermənistanın verdiyi mina xəritələrinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması xəbərlərinə aydınlıq gətirdi

Oxunma vaxtı:38 Saniyə

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib.

Doğrusöztv.Az _ın məlumatına görə, Anar Eyvazov bildirib ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır.

İlk növbədə qeyd edim ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır.
Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Və bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir.

Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N nömrəli hərbi hissədə Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Vətən müharibəsi qaziləri, hərbi hissə komandanlığı, səyyar təşviqat qrupunun üzvləri və şəxsi heyət iştirak […]