Prezident Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub.

Dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi.

Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb. Ərazidə uşaq və idman meydançaları quraşdırılıb. Məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var. Elektromobillər üçün enerjidoldurma məntəqəsi də nəzərdə tutulub. Yaşayış kompleksinin ərazisində yeraltı su anbarları tikilib, transformator da quraşdırılıb. Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Loading

Next Post

Ukrayna Silahlı Qüvvələri: Rus hərbçiləri Mirnoqrada daxil olmayıb

Rusiya hərbçiləri Donetsk vilayətində yerləşən Mirnoqrad şəhərinə daxil olmayıb. Bu barədə məlumat Ukrayna ordusunun “Şərq” qruplaşmasının komandanlığı tərəfindən yayılıb. Bildirilib ki, Mirnoqrad yaxınlığında ağır döyüşlər getsə də, şəhərin içərisində düşmən qüvvələri yoxdur. Bir gün əvvəl “Şərq” qruplaşmasının nümayəndəsi Qriqori Şapoval Ukrayna telemarafonunun efirində “düşmənin Mirnoqradın kənarlarına daxil olduğunu” bildirmişdi. O, […]