İlham Əliyev Ruanda Prezidentini təbrik edib

Oxunma vaxtı:36 Saniyə

[center][img]https://azadmedia.az/uploads/posts/2025-07/1751354367_5aab8506-8af4-3b88-9658-34be7bb4866d_850.jpg[/img][/center]
Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidenti Pol Kaqameyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Azərbaycan ilə Ruanda arasında münasibətlərin dinamik inkişaf etməsi məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycana həyata keçirdiyiniz səfər çərçivəsində Bakıda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri xoş təəssüratlarla xatırlayıram.

Bu gün Azərbaycan-Ruanda əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, dostluq münasibətlərimizin inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.

Loading

Next Post

Nazir: Ağdamda keçirilən beynəlxalq tədbirdə gənclərin fəaliyyət planı hazırlanacaq

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu çərçivəsində gənclərin fəaliyyət planı hazırlanacaq. Bunu gənclər və idman naziri Fərid Qayıbov Ağdamda keçirilən beynəlxalq tədbirdə deyib. Onun sözlərinə görə, Ağdamda ECO Gənclər Forumu ilk dəfədir keçirilir: “Bu, tarixi hadisədir. Azərbaycanda uğurlu gənclər siyasəti aparılır. Ölkədə xeyli sayda gənclər təşkilatları var. Bundan başqa, […]