Rusiya XİN Azərbaycan-Ermənistan normallaşmasına dair təklifləri açıqlamaqdan imtina edib

Oxunma vaxtı:34 Saniyə

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Soçidə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı rəsmi Moskva tərəfindən irəli sürülən təklifləri açıqlamaqdan imtina edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ona ünvanlanan “Ermənistan Baş naziri ölkəsinin Azərbaycanla dövlətlərarası münasibətləri Rusiyanın təklif etdiyi prinsipləri əsasında qurmağa hazır olduğunu bəyan edib. Söhbət konkret hansı prinsiplərdən gedir?” sualına cavabında diqqəti Prezident Putinin “Müzakirələr davam edəcək. Hər iki tərəf üçün olduqca həssas olan məsələnin ictimai müzakirəyə çıxarılmasını düzgün hesab etmirik. Ona görə ki, bu, sadəcə olaraq danışıqlar prosesinə maneə ola bilər” sözlərinə yönəldib.

“Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkəmizin prezidentinin sözləridir”, – Zaxarova qeyd edib.

Loading

Next Post

İşdən çıxarılan nazir müavini danışdı

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyev açıqlama verib. BiG.AZ “Gununsesi.info”ya istinadən xəbər verir ki, Elnur Əliyev evindıə olduğunu bildirib: “Hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”. Qeyd edək ki, Elnur […]