Cənub bölgəsinin bir çox hissəsində işıq olmayacaq

Oxunma vaxtı:38 Saniyə

Bu gün Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərində təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Biləsuvarın Arazbarı, Nərimankənd, Səmədabad, saat 08:00-dan 12:00-dək Cəlilabadın Abazallı, Boyxanlı, Cəlayir, Dələli, Korlar, Külünclü, Qarakazımlı, Məlikqasımlı, Məmmədrzalı, Məşədilər, Mirzəli, Moranlı, Novruzallı, Şükürlü, Tatlar, Təklə, Yusifli, Zərbəli, saat 12:00-dan 16:00-dək Göytəpə şəhərinin bir hissəsi, Ağdaş, Axtaxana, Bəcirəvan, Darılıq, Fətullaqışlaq, Həziabad, Privolnoye, Soyuqbulaq, Şıxlar, saat 10:00-dan saat 12:00-dək Lənkəranın Gərmətük, Hirkan qəsəbələri, Darquba, Daşdalıqjar, Xanbulan, Kərgəlan, Kosalar, Qurumba, Lüvəsər, Rvo, Səbir, Siyablı, Siyavar, Şağlaküçə, Şovu, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib. Bu həftə ölkə reytinqinə 0,875 əmsal əlavə olunub. Bu, Azərbaycan klublarının avrokuboklarda göstərdiyi nəticələrdən sonra reallaşıb. Hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Rusiya (18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb. Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94,839) başçılıq edir.