Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısını təbrik edib

Oxunma vaxtı:39 Saniyə

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Zati-aliləri xanım Salome Zurabişviliyə təbrik məktubu göndərib.

Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

26 May – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Azərbaycan-Gürcüstan əlaqələri əsrlərdən bəri mehriban qonşuluq və dostluq şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində inkişaf edən və zəngin ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimizin əhatə dairəsinin daim genişlənməsi və bu gün strateji tərəfdaşlıq xarakteri daşıması xüsusi məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstana daim əmin-amanlıq və rifah diləyirəm”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ceyhun Bayramov Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb

25 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, nazir Ceyhun Bayramov görüş iştirakçılarına Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Azərbaycana qarşı törədilən hərbi təxribatlar və buna cavab […]