Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM

Oxunma vaxtı:21 Saniyə

Rafael Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

O, Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. 

Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladzenin yanvarın 1-də 75 yaşı tamam olub.

Gürcüstanda anadan olan hüquqşünas 1998 və 2010-cu illərdə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, ötən gün Qvaladzenin vəzifəsindən azad ediləcəyi barədə xəbər vermişdik.

Loading

Next Post

“Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video

“Azərbaycan beynəlxalq maliyyə təsisatlarından aslılığını tamamilə azaltmışdır”.Bunu Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bildirib. “Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard […]