Bu il “Məşğulluq” altsistemi üzərindən 92 min şəxsə iş yerlərinə e-qaydada göndərişlər verilib

Oxunma vaxtı:38 Saniyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsisteminə işə götürənlər tərəfindən daxil edilmiş vakansiyalar üzrə işsiz və işaxtaranlara elektron qaydada göndərişlərin verilməsi davam edir.

Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, bu il altsistem üzərindən 92 min şəxsə iş yerlərinə e-qaydada göndərişlər verilib. Hazırda “Məşğulluq” altsistemində 31 minə yaxın vakansiya mövcuddur.

Xatırladaq ki, işəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində “Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər. Bununla onlar işçi qüvvəsinə olan tələbatlarının çevik şəkildə ödənilməsinə nail olurlar.

İşsiz və işaxtaranlar isə altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə edir, hansısa quruma müraciət etmədən qısa vaxtda və şəffaf şəkildə işlə təmin olunmaq imkanı qazanırlar.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Mərkəzi Gömrük Hospitalının həkimi antibiotiklərdən düzgün istifadə ilə bağlı sualları cavablandırıb

18-24 noyabr “Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsi”dir. Qlobal miqyasda bütün dünyada qeyd edilən bu vacib tarixlə əlaqədar antibiotiklərdən düzgün istifadə ilə bağlı suallarımızı Mərkəzi Gömrük Hospitalının həkim-otorinolarinqoloqu Elvin Əzizov cavablandırıb. 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirən Dr.Elvin Əzizov ordinatura və aspirantura təhsilini Ukraynada yerləşən Xarkov Diplomdansonrakı Tibb Akademiyasının […]