Xaçmaz polisinin “pasport masası” təqdirəlayiq fəaliyyət göstərir

Oxunma vaxtı:1 Dəqiqə, 45 Saniyə

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2019-cu ilin sentyabrından başlanılsa da, bu növ sənədlərlə bağlı bəzi suallar hələ də aktualdır. Tez-tez eşidilən suallardan biri də heç bir yerdə qeydiyyatda olmayan vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin necə verilməsi ilə bağlıdır. Bu sualla Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Qrupunun rəisi polis mayoru Əliyev Elçin Əli oğluna müraciət etdik. Dolğun cavablandırdı:

– Öncə xatırladım ki, yeni nəsil şəxsiyyət vəsiqələrinə əlavə olunan “çip”lər vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcıdır. Yeni vəsiqələr 6 dövlət qurumunun (Ədliyyə, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri, Əmlak Məsələləri Dövlət Komitəsi) məlumatları əsasında hazırlanır. Sualınıza gəlincə, vətəndaşlar bir yerdən digər yerə köçdükdə məhkəmə qərarı olmadan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmır. Ancaq məhkəmənin qərarı ilə vətəndaşı icra hakimiyyəti qeydiyyatdan çıxara bilər. Bu zaman həmin vətəndaş şəxsiyyət vəsiqəsi almaqdan ötrü inzibati qeydiyyata düşməsi üçün polis bölməsinə müraciət etməlidir. Buna görə də vətəndaşlar bir yerdən başqa yerə köçdükdən sonra yeni yaşayış yerində qeydiyyata alınmasalar da, əvvəlki qeydiyyat əsasında onlara şəxsiyyət vəsiqəsi verilir. Əgər yeni yaşayış yerində qeydiyyata düşərsə, yaxınlıqda olan polis bölməsinə və ya “Asan Xidmət” mərkəzinə müraciət edərək, “çip”də qeydiyyat sahəsini dəyişə bilər. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi əldə etməsi isə səfirliklərin müraciəti əsasında gerçəkləşir. “Çip”lər şəxsiyyət vəsiqəsi verildiyi andan, vətəndaşın barmaq izi təsdiq olunduqdan sonra aktiv edilir.

Polis mayoru Elçin Əliyev və onun rəhbərlik etdiyi qrup öz vəzifələrinin öhdəsindən layiqlə gəlir. Əhəmiyyətli dövlət tədbirləri – ümumxalq səsvermələri, seçkilər ərəfəsində qrupun işi daha da intensivləşir. Belə vaxtlarda Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Xaçmaz Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun əməkdaşları vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə rayon mərkəzindən uzaqda yerləşən yaşayış məntəqələrində səyyar xidmət göstərir, yaşayış məntəqələrində yaşı 18-ə çatan, seçki hüququ olan vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması, eləcə də etibarlılıq müddəti bitən vəsiqələrin yeniləri ilə dəyişdirilməsi üçün müvafiq sənədləri qəbul edirlər. Müraciət edən sakinlər qısa müddət ərzində şəxsiyyət vəsiqələri ilə təmin olunublar.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

“Hippokrat andını unutmusunuzsa, barı Fatihə surəsini öyrənin” – Morqdan bedtər xəstəxanalar

Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri, təşkilatın Siyasi Şurasının üzvü Musa Musayev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bəzi səlahiyyətlərinin Səhiyyə Nazirliyinə qaytarılmasına münasibət bildirərkən haqlı demişdi ki, “Vətəndaşların ən çox narazılıq etdiyi sahələrdən biri səhiyyədir. Bütün səhiyyə ocaqlarında, o cümlədən özəl klinikalarda müalicə və müayinə baha, keyfiyyət isə aşağıdır. […]