Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

DogruSozTv Az
Oxunma vaxtı:26 Saniyə

Azərbaycanın Quba-Xəzəryanı neft-qaz regionu ərazisində geofiziki məlumatların toplanması bu il oktyabr ayının əvvəlində başa çatacaq.

Bu işlərin aparılması üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Kanadanın “Gran Tierra Energy” şirkəti “Metatek Group” şirkətini cəlb ediblər.

Məlumatların toplanması bu müqavilə sahəsində başlamış seysmokəşfiyyat proqramında nəzərdə tutulub. “Metatek” məlumatların operativ toplanması üçün Quba-Xəzəryanı neft-qaz regionu ərazisində rəqəmsal tam tenzorlu qravitasiya qradiometriyası (dFTG) sistemini yerləşdirməyi planlaşdırır.

Daha əvvəl, iyul ayında tərəflər regionun geoloji quruluşunun detallaşdırılması üçün 2D-seysmokəşfiyyat işlərini həyata keçirmək niyyətində olduqlarını elan ediblər.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu gün Bakının Yasamal, Nərimanov və Səbail rayonlarının bir sıra ərazilərinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə paytaxtda bir sıra Transformator Məntəqələrində təmir-təftiş və sınaq işləri həyata keçiriləcək. Bununla əlaqədar Yasamal Rayon […]