Daha bir şəhidimizin övladı dünyaya gəldi

Oxunma vaxtı:37 Saniyə

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Fonddan Unikal.org-a verilən məlumata görə, daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz Əlimərdan Quluzadənin övladı Fatimənin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

Bu məqsədlə 1 000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5 000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Allah şəhidimizə rəhmət etsin!

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İcra başçısı sabiq məmura yeni VƏZİFƏ VERDİ

Quba rayon İcra Hakimiyyətində yeni təyinat olub. Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı RİH-nin başçısı Ziyəddin Əliyev əmr imzalayıb. Əmrə əsasən, Şahbalayev Ruslan Teymur oğlu Quba RİH-nin başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, o, daha öncə Xızı RİH-nin başçısının müavini […]