TRIPP Laçın dəhlizinin analoqudur? – RƏSMİ CAVAB

DogruSozTv Az
Oxunma vaxtı:41 Saniyə

TRIPP-in hərbi baza və ya ayrıca ərazi olmadığı, layihə çərçivəsində hər hansı xarici dövlətin təhlükəsizlik mövcudluğunun nəzərdə tutulmadığı bildirilib.

Bunu Ermənistan parlamentində çıxışı zamanı Milli Assambleyanın Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan deyib.

Ermənistan rəsmisi TRIPP layihəsi ətrafında yaranan müzakirələrə münasibət bildirərək onun mahiyyətinin düzgün təqdim edilməsinin vacibliyini vurğulayıb.

“TRIPP infrastruktur layihəsidir. Dünənki müzakirələrin, xüsusilə də “Hayastan” blokunun səsləndirdiyi sualların kontekstində belə təsəvvür yarandı ki, TRIPP Laçın dəhlizi kimi bir şeydir. Lakin bu belə deyil”, – Xandanyan bildirib.

Onun sözlərinə görə, layihə ilə bağlı indiyədək açıqlanan sənədlər də TRIPP-in ayrıca ərazi və ya hərbi obyekt olmadığını göstərir.

“Bunu TRIPP haqqında indiyədək dərc olunmuş bütün sənədlər, eləcə də parlamentin müzakirə edəcəyi razılaşma təsdiqləyir”, – Ermənistan rəsmisi qeyd edib.

Xandanyanın açıqlaması TRIPP-in regional kommunikasiyaların inkişafı kontekstində hansı statusa malik olacağı ilə bağlı müzakirələr fonunda səslənib.(Modern.az)

Loading

Next Post

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

“Azərbaycan Dəmir Yolları” QSC Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkətini bərpa etməyə hazırlaşır. Bu barədə “Azərbaycan Dəmir Yolları” məlumat yayıb. Məlumata görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb və […]