Elvin Cəfərquliyev antirekordla yadda qaldı

Oxunma vaxtı:22 Saniyə

2024-cü ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub.

Dünyanın anrtirekordçularını İFFHS açıqlayıb. İl ərzində üç futbolçu hərəyə 4 qırmızı vərəqə alıb.

Onlardan biri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevdir. O, Avropa Liqasının “Braqa”, “Bayer”, “Ayaks”, Misli Premyer Liqasının “Araz-Naxçıvan”la görüşlərində meydandan qovulub. İFFHS Elvinin qitəmiqyaslı eyni turnirdə bir təqvim ilində üç qırmızı almasını “nadir nailiyyət” kimi dəyərləndirib.

Azərbaycan çempionu 2024-cü ildə 4 qırmızı vərəqə alan ilk oyunçu olub. 

Loading

Next Post

Türkmənistan Moskvaya uçuşları dayandırıb

“Türkmənistan Hava Yolları” Moskvaya uçuşları bir aylıq dayandırıb. Bu barədə “Türkmənistan Hava Yolları” məlumat yayıb. Aşqabad – Moskva – Aşqabad marşrutu üzrə müntəzəm reyslərin dekabrın 30-dan yanvarın 31-dək ləğv edildiyi bildirilib.