İki ilə yaxındır bərpası aparılan “Çıraqqala”da hansı işlər görülüb? – Rəsmi AÇIQLAMA

Oxunma vaxtı:36 Saniyə

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsinin 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılıb.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər.

Qeyd olunub ki, qala divarları bərpa-konservasiya olunub:

“”Çıraqqala” abidəsi mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qalanın 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılmışdır. Həmçinin bürclərarası qala divarları bərpa-konservasiya olunmuş, ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilmişdir. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədilə ərazidə yerləşən meşənin içindən piyadalar üçün yol salınıb”.

Xatırladaq ki, Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsinin bərpası 2019-cu ilin iyul ayında başlanılıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Sosial şəbəkələrdə koronavirusla bağlı yalan xəbəri paylaşan şəxs həkim imiş - DTX məlumat yaydı (VİDEO)

Son günlərdə sosial şəbəkələrdə Azərbaycanda koronavirusun üçüncü dalğasının daha qorxulu və acınacaqlı olacağı, bu mərhələdə uşaqların kütləvi yoluxacağı və onlar arasında çoxsaylı ölüm hallarının baş verəcəyi, eləcə də xəstə uşaqların qəbulu üçün xəstəxanalarda hazırlıq işlərinin aparıldığı barədə səs yazısı yayılmışdır. Doğrusöztv.Az-ın Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, […]