Abşeron icra hakimiyyətinin vəzifəli şəxsi həbs edildi

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri davam Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, istintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Əli Həsənova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Loading

Next Post

Zelenski müsəlman əsgərlərlə birgə iftar etdi

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin müsəlman əsgərləri ilə birgə iftar edib. Bu barədə CNN məlumat yayıb.  Ukrayna lideri Krım Müsəlman Mərkəzinin rəhbərlərinin və Ukrayna müsəlman liderlərinin nümayəndələrinin də iştirak etdiyi mərasimə qatılıb. O, ölkəsinin müsəlman icmasına təşəkkür edib: “Ramazan bayramı Ukraynanın hər yerində, hətta cəbhə xəttində və müharibə şəraitində belə […]