​Nazir müavini qiymət artımından danışdı

alfonsonri
Oxunma vaxtı:45 Saniyə

“2022-ci ildə 13,9 faiz orta illik inflyasiya olub. Ötən dəfə ərzaq bazarındakı qiymət artımlarına toxunulmuşdu. Qeyri-ərzaq məhsulları bazarında da böyük dəyişikliklər olub. Bunun da əsas səbəblərindən biri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarında yüksək ikirəqməli inflyasiyanın olmasıdır”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

Nazir müavini qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, dünya üzrə inflyasiyanın 7%, inkişaf etməkdə olan ölkələr üzrə isə 8,6 % olacağı proqnozlaşdırılır: “İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. AMB-nin inflyasiyanın azaldılması istiqamətində keçirdiyi tədbirlər və hökumətin anti-inflyasiya tədbirləri nəzərə alınmaqla, bu il orta illik inflyasiyanın 10,4 % olması proqnozlaşdırılır. AMB tərəfindən 8,9 % rəqəmi səsləndirilmişdi. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur. Bunu aydınlaşdırmaq istərdim”, – deyə E.Əliyev vurğulayıb.

Loading

Next Post

“İcazə” blanklarının alınması üçün onlayn müraciət xidməti istifadəyə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində “İcazə” blanklarının sifarişi prosesinin sadələşdirilməsi məqsədilə elektron xidmət istifadəyə verilib. “AYNA” informasiya sisteminin komponentlərindən olan “İcazə” blanklarının idarə edilməsi sistemi daşıyıcılara verilən […]