KXDR: ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər

Oxunma vaxtı:38 Saniyə

ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər.

Bu barədə KXDR Müdafiə Nazirliyinin nümayəndəsi amerikalı hərbçilərin Pxenyandan gələn təhlükə ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

“Əgər Birləşmiş Ştatlar həqiqətən öz ərazisinin təhlükəsizliyi ilə bağlı narahatlıq hiss edirsə, o zaman onu yüngülləşdirməyin yeganə yolu hərbi təhdidlərdən və müstəqil suveren dövlətlərə qarşı düşmənçilik siyasətindən ardıcıl olaraq əl çəkməkdir”, – hərbi departamentin nümayəndəsi qeyd edib.

O, həmçinin vurğulayıb ki, KXDR silahlı qüvvələrinin potensialının artırılması bütün cari və gələcək təhdidlərin effektiv qarşısını almağa imkan verir, regionda suveren dövlətin özünümüdafiə hüququ olan strateji paritetini təmin edir.

Bundan əlavə, Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, ABŞ öz ərazisini qorumaq adı altında raketdən müdafiə sisteminin yaradılmasını təşviq edir, lakin reallıqda bu addımlar digər ölkələrə qarşı qabaqlayıcı zərbə endirmək və kosmosun hərbiləşdirilməsinə yönəlib.

Loading

Next Post

Bayraktar qardaşları milyarderlər siyahısında

“Forbes” biznes jurnalı dünyanın ən zəngin insanları siyahısını yeniləyib. Siyahıda diqqət çəkən adlar arasında Türkiyədən olan Bayraktar qardaşları da olub. “Baykar Technology” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar şirkətdəki 52,5 faiz payı sayəsində şəxsi sərvətini 1,8 milyard dollara yüksəldib. Bu rəqəmlə Selçuk Bayraktar Türkiyənin 15-ci ən varlı adamı olub. “Baykar […]