Neftin bu günə olan qiyməti

Oxunma vaxtı:34 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,37 ABŞ dolları, yaxud 0,47 % azalaraq 78,15 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 75,51 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Loading

Next Post

Lənkəranda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından qidalanan 35 kV-luq “Xanbulan” hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:30-dan […]