Azərbaycan nefti bahalaşıb

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dollar və ya 0,48 % artaraq 66,54 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 64,41 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,33 ABŞ dolları və ya 0,51 % artaraq 64,54 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Putin dekabrın 19-da geniş mətbuat konfransı keçirəcək

Rusiya Prezidenti Vladimir Putinin canlı yayım və geniş mətbuat konfransı dekabrın 19-da baş tutacaq. Bu barədə Rusiyanın KİV-i Kremlə istinadən məlumat yayıb. İlk dəfə birgə keçiriləcək tədbir dekabrın 19-da nəzərdə tutulub.