2024-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti bəlli olub

Oxunma vaxtı:31 Saniyə

2024-cü il ərzində dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub.

“APA-Economics”in apardığı hesablamalara görə, ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82.87 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ərzində ən yüksək göstərici, 94.73 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 71.87 ABŞ dolları səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 75 ABŞ dollarından hesablanmışdı. Cari il isə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Loading

Next Post

KİV: Fidan Suriya üzrə görüşdə sanksiyaların ləğvini istəyəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 12-də Ər-Riyadda keçirilməsi planlaşdırılan Suriya üzrə beynəlxalq görüşdə Dəməşqə qarşı həyati əhəmiyyətli sahələrdə tətbiq edilən sanksiyaların ləğvinin zəruriliyini açıqlamaq niyyətindədir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbə məlumat verib. “Gözlənilir ki, nazir görüşdə Suriyaya qarşı həyati əhəmiyyətli sahələrə tətbiq edilən sanksiyaların ləğvi […]